Dövriyyədə olan nağd pul kütləsi 3.3% artıb

Azərbaycan Mərkəzi Bankı-nın hesabatına əsasən, cari ilin may ayının sonuna dövriyyədə olan nağd pul kütləsi 7056.8 mln. manat təşkil edib. Belə ki, may ayında dövriyyədə olan nağd pul kütləsi aprel ayına nəzərən 227.1 mln. və ya 3.3 % artıb.

Qeyd edək ki, 2017-ci ilin may ayında dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 70.0% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır