Dövriyyədə olan nağd pullar 1 aya 10% artıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2016-cı ilin sonuna Statistik Bülletenini açıqlayıb.

Statistik göstəricilərə əsasən, 2016-cı il dekabr ayının sonuna dövriyyədə olan nağd pullar 6 milyard 960,8 milyon manat təşkil etmişdir.

2016-cı ilin noyabr ayının sonu ilə müqayisədə dövriyyədə olan nağd pullar 628,6 milyon manat və ya 9,9% artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5 milyard manatlıq və ya 28,5%-lik artma müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır