Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edib.
Belə ki, cari ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 663 nəfərə fərdi şəxsi hesab açılıb. Beləliklə, 01 dekabr 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü müqayisədə 206 237 nəfər və ya 6.15 faiz çoxdur.