DSMF-nin gəlirlərinin artırılacağı proqnozlaşdırılır

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyini açıqlayıb.

Belə ki, Qanun layihəsində Fondun gəlirlərinin 3400000.0 min manat olacağı nəzərdə tutulub. Fondun növbəti ilə proqnozlaşdırılan gəlirləri 2015-ci ilin müvafiq icra göstəricisindən 485344.5 min manat və ya 16.7%, 2016-cı ilin müvafiq proqnoz göstəricisindən 92640.0 min manat və ya 2.8%, gözlənilən icra göstəricisindən isə 270000.0 min manat və ya 8.6% çoxdur.

Qeyd edək ki, 2017-ci ildə Fondun xərclərinin 3400000.00 min manat olacağı nəzərdə tutulub. Həmin vəsait 2015-ci ilin müvafiq icra göstəricisindən 463336.71 manat və ya 15.8%, 2016-cı ilin müvafiq proqnoz göstəricisindən 92640.00 min manat və ya 2.8%, 2016-cı ilin gözlənilən icra göstəricisindən isə 247691.00 min manat və ya 7.9% çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır