DSMF tərəfindən 378 min nəfər sosial müvainətlə təmin olunub

2017-ci ilin ilk  6 ayı ərzində 378 038 nəfər sosial müavinətlə təmin olunub. BBN.az Dövlət Statistika Komitəsinı istinadən xəbər verir ki, cari ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 52 950 nəfərə birdəfəlik sosial müavinət verilib. Onlardan 44 438 nəfəri uşağın doğulmasına, 4 394 nəfəri radiasiya qəzası nəticəsində əlil olan şəxslərin müalicəsi üçün müavinət alıb.

Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən 2447 şəxsə müavinət və həyatını itirən 1671 nəfərin yaxınlarına dəfn pulu verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır