Dünya Bankı tərəfindən Trans Anadolu Təbii qaz Boru Xətti layihəsinə (TANAP) 800 milyon dollarlıq kreditin verilməsi təsdiqlənib. Bu məbləğin yarısı, yəni 400 milyon dollar Türkiyə zəmanətilə, digər yarısı isə (400 milyon dollar) Azərbaycan zəmanətilə veriləcək.
Türkiyə zəmanətilə “BOTAŞ”a veriləcək 24 illik kredit üzrə ilk 5 ildə ödəniş həyata keçirilməyəcək. Azərbaycan zəmanətilə Cənub Qaz Dəhlizinə veriləcək kreditin müddəti isə 30 il olmaqla, ilk 5 ildə ödəniş edilməyəcək.