“Dünya Bankı” Türkiyənin 2017 iqtisadi artım gözləntisini yüksəldib

“Dünya Bankı” 2018-ci ilin yanvar ayı üçün “Qlobal İqtisadi Gözləntilər” hesabatını nəşr edib.

BBN.az xəbər verir ki, Hesabatda, Türkiyənin 2017 iqtisadi artım gözləntisi 4%-dən 6.7%-ə yüksəldilib. İqtisadi artımın çoxalan investisiyalar, sənaye istehsalı və ticarətin həcminə görə sürətləndirildiyi bildirilib.

Qeyd edək ki, yüksək artım baxımından iqtisadi artım proqnozlarını yenidən nəzərdən keçirən “Dünya Bankı”, 2017-ci ildə dünya iqtisadiyyatının 3%, 2018-ci ildə 3.1%, 2019-ci ildə 3% artması gözlənilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır