“Dünya Bankı”nın nümayəndələri ilə görüş keçirilib

Strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsi istiqamətində təcrübə mübadiləsinin aparılması və bu sahədə mövcud beynəlxalq metodologiyanın öyrənilməsi məqsədilə İqtisadiyyat Nazirliyində qarşılıqlı təşəbbüs əsasında “Dünya Bankı”nın və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

“Dünya Bankı”nın nümayəndələri strateji yol xəritələrinin monitorinqi və qiymətləndirilməsində mövcud beynəlxalq təcrübə və tətbiq olunan metodologiya, eləcə də bu istiqamətdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində davam etdirilən təlimlər barədə ətraflı məlumat veriblər.

Görüşdə strateji yol xəritələrinin qiymətləndirilməsi ilə bağlı təkliflər, metodologiyanın tətbiqi zamanı nəzərə alınması zəruri olan məsələlər irəli sürülüb, strateji yol xəritələrinin icrasının monitorinqi və qiymətləndirilməsi üzrə keçirilən işgüzar görüşlərdə tədbirlərin böyük əksəriyyətinin icraçısı kimi İqtisadiyyat Nazirliyinin də nümayəndəsinin iştirakının təmin edilməsinə dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır