Dünya bankları konsultasiya xidmətləri üçün 200 milyard dollar xərcləyib

Dünya üzrə banklar 2008-2016-cı illər ərzində konsultasiya xidməti üçün 200 milyard dollar xərcləyib.

Bu xərclər maliyyə krizindən sonra bank sektorunda yaranan dəyişikliklərə uyğunlaşmağa və yenidən mənfəət əldə edə etməyə yönəlib.

Financial Times qəzetinin araşdırma şirkəti olan ALM Intelligence tərəfindən verilən məlumata əsasən, 2008-ci ildə 17 milyard dollar olan konsultasiya xərcləri 2016-ci ilin əvvəlindən bu yana 30 milyard dollar təşkil edib.

2008-2016-cı illər ərzində xərclənən 200 milyard dolların 40%-i və ya 80 milyar dolları Şimali Amerikanın payına düşür.

2011-2015-ci illəri əhatə edən 5 illik dövr ərzində ən yüklü ödənişi ABŞ bankı JPMorgan 27 milyard dollarla edib. Bu dövr ərzində konsultasiya xidmətlərinə Morgan Stanley 7,22 milyard dollar, Wells Fargo isə 7,09 milyard dollar xərcləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır