Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Aprel ayının 16-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 63.40 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  0.42% artaraq 64.03 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 71.18 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 1.11% artaraq 71.97ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə azalma ilə başlayaraq 1 barelinin qiyməti 73.58 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 74.5 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 1.25% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır