Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Fevral ayının 19-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 55.59 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  2.95% artaraq 57.23 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 66.50 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 0.93% artaraq 67.12 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 68.65 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 68.49 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 0.23% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır