Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Fevral ayının 26-da, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 55.87 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  0.13% azalaraq 55.80 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 65.59 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 0.79% azalaraq 65.07 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə azalma ilə başlayaraq 1 barelinin qiyməti 66.24 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 66.48 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 0.36% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır