Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Yanvar ayının 14-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 51.59 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  4.3%  artımla qarşılayaraq 53.80 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 60.48 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 3.7 % artaraq 62.70 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə azalma ilə başlayaraq 1 barelinin qiyməti 62.58 ABŞ dolları olub .Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 64.40 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 2.9% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır