Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Yanvar ayının 22-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 53.90 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  0.14%  azalaraq 53.63 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 62.81 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 2.09% azalaraq 61.5 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 64.54 ABŞ dolları olub .Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 63.23 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 2.03% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır