BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.
Fevral ayının 5-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 54.74 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu 3.69% azalaraq 52.72 ABŞ dolları ilə başa vurmuşdur.
Həftə əvvəlində 1 barelinin satış qiyməti 62.73 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 1% azalaraq 62.1 ABŞ dolları olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə azalma ilə başlayaraq 1 barelinin qiyməti 63.98 ABŞ dolları olub .Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 63.81 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 0.27% olmuşdur.