BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.
Mart ayının 5-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 56.59 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu 0.92% azalaraq 56.07 ABŞ dolları ilə başa vurmuşdur.
Həftə əvvəlində 1 barelinin satış qiyməti 65.67 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 0.11% artaraq 65.74 ABŞ dolları olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artımla başlayaraq 1 barelinin qiyməti 67.35 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 65.86 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik azalma 2.21% olmuşdur.