Dünya brendlərinin sıralaması açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə dünya brendlərinin dəyərinə görə sıralamasını əks etdirən “Global 500” hesabatını dərc edib.

Hesabata istinadən, dünyanın ən bahalı brendi “Amazon” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 24.6% artaraq, 187.9 milyard ABŞ dolları olub.

“Apple” brendi 5% bahalaşaraq, 153.6 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Google” brendinin ümumi dəyəri isə 18.1% artaraq 142.7 milyard ABŞ dolları olub.

Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Microsoft” (119.5 milyard $) və “Samsung” (91.2 milyard $) şirkətlərinə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır