Dünya iqtisadiyyatında bir ilk

2016-cı ildə dünya iqtisadiyyatında bir ilk yaşanıb. İl sonunda dünyanın ən dəyərli 3 şirkətinə baxdığımızda onların arasında ilk dəfə enerji və ya neft şirkətinin olmadığını görərik.

İqtisadiyyatda rollarının artmasilə birlikdə texnologiya şirkətləri enerji şirkətlərini geridə qoyur. 2016-cı ilin ən dəyərli 3 şirkətinin hər birinin texnologiya şirkəti olması da bunu sübut edir.

İlk yeri 628.6 milyard dollarla Apple, ikinci yeri 559.2 milyard dollar Alphabet, üçüncü yeri isə 497.9 milyard dollarla Microsoft şirkəti tutub.

Qeyd edək ki, 3-lüdə ”Exxon Mobil”in yoxluğu hiss olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır