Dünya iqtisadiyyatının lokomotivi yavaşlayır

2017-ci ildə Çin iqtisadiyyatının 6,5% artacağı gözlənilir. İstehlakçı qiymət indeksinin isə 2,3% səviyyəsində olacağı ehtimal olunur.

Ölkənin xarici ticarət göstəricisinin 5% azalaraq 3.53 trilyon dollar, ticarət saldosunun isə 471 milyard dollar olacağı gözlənilir.

Qeyd edək ki, Çin ÜDM-sinin artım göstəricisi 2010-cu ildə 10.4%, 2011-ci ildə 9.2%, 2012-ci ildə 7.8%, 2013-cü ildə 7.7%, 2014-cü ildə 7.4%, 2015-ci ildə isə 6.9% olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır