Dünya Kiçik və Orta Sahibkarlıq Forumu vahid elektron satış platforması yaradacaq

Türkiyənin nüfuzlu Hurriyət qəzeti Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (Dünya SME Forumu) Azexportla əməkdaşlığından yazıb. Belə ki, Dünya SME Forumunun icraçı direktoru Tunc Uyanıkın müsahibəsi əsasında hazırlanan xəbərdə bildirilir ki, Dünya Kiçik və Orta Sahibkarlıq Forumu Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə vahid elektron satış platforması yaradacaq.

Qeyd edək ki, İqtsadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dünya Dünya SME Forumu ilə əməkdaşlıq haqqında razılığa bir müddət əvvəl Forumun nümayəndə heyətinin Bakıya səfəri zamanı əldə edib. Həmin vaxt Dünya SME Forumun icraçı direktoru Tunc Uyanık İİTKM ilə əməkdaşlığa dair öz təkliflərini təqdim edib. Həmçinin Azexport portalının təcrübəsinin öyrənilməsi haqqında da razılıq əldə edilib.

İİTKM və Dünya SME Forumu həm də Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına çevrilməsi istiqamətində birgə əməkdaşlıq edəcəklər.

http://www.hurriyet.com.tr/dunyanin-kobisi-birlesiyor-40422233?utm_source=t.co&utm_medium=post&utm_campaign=ekonomi_xmlfeed

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır