Dünya ölkələri “nağdsızlaşır”!

  • Avstraliya

Картинки по запросу australia currency

2016-cı ilin noyabrında Avstraliya bankı Citibank bütün filiallarında nağd vəsaitlərlə əməliyyatların aparılmasını dayandırıb. Bunun səbəbi kimi istehlakçı tələbinin az olması və son bir ildə müştərilərin yalnız 4%-nin nağd əməliyyatlardan istifadə etməsi göstərilib. Bankın rəhbəri Janine Copelin: “Müştərilərin üstünlük verdiyi kanallara investisiya etməyi planlaşdırırıq və bu addım rəqəmsal bankçılığı inkişaf etdirəcək”-deyə qeyd edib. İsveçrə Bankının analitiki isə bu addımın avstraliyaları daha çox qənaət etməyə məcbur edəcəyini bildirib.

  • Belçika

Картинки по запросу belgium currency

Belçikada hər hansı daşınmaz əmlakı nağd pulla almaq və ya 3000 avrodan artıq məbləğdə alış-veriş həyata keçirmək qanunsuz sayılır. İkinci əl mallar isə istisnadır.

  • Ekvador

Картинки по запросу ecuador currency

Yalnız inkişaf etmiş ölkələrin nağdsız əməliyyatlara üstünlük verdiyini düşünmək yanlışdır. Məsələn, 2014-cü ildə aldığı qərarla Mərkəzi Bankı virtual valyuta təklif edən ilk ölkə Ekvadordur. Ölkədə 2000-ci ildə milli valyuta olan sucrenin qadağan olunması yalnız ABŞ dollarından istifadəni mümkün edirdi və virtual pul təklifinə qədər ölkənin öz milli valyutası yox idi.

  • Hindistan

Картинки по запросу india currency

Hindistanın baş naziri Narendra Modi ölkənin kölgə iqtisadiyyatını canlandırmaq üçün nağdsız əməliyyatlara keçidi təşviq edir. 2016-cı ilin noyabrında Hindistan Mərkəzi Bankı bu məqsədə çatmaq üçün 500 və 1000 rupilik əskinasların qadağan edilməsilə ilk addımı atdı. Bir neçə gün əvvəl radioda verdiyi açıqlamasında Modi: “Ticarətlə məşğul olan qardaş və bacılarıma səslənirəm. Bu addım sizin rəqəmsal dünyaya keçidiniz üçün gözəl şansdır”-deyib.

  • Keniya

Картинки по запросу kenya currency

Çoxları  əhalisinin əksər hissəsi bank hesabı olmayan insanlardan təşkil olunan ölkələrdə nağdsız əməliyyatların vacib olduğunu müdafiə edir. Afrikanın sub-səhra ölkələrində əhalinin çoxu mobil ödəniş proqramlarından istifadə edir. Bu ölkələrdən ən nəzərəçarpanı Keniyadır. 2007-ci ildə ölkədə ABŞ-ın telekommunikasiya şirkəti Vodafone Group tərəfindən “m-Pesa” mobil ödəniş sisteminin əsasının qoyulması bu sahədə böyük uğurlara səbəb olub. 26,2 milyon “mobil pul” hesabı və 12,5 milyon aktiv mobil pul istifadəçisi  ilə Keniya dünyanın ən qabaqcıl nağdsız əməliyyat istifadəçilərindən biri hesab olunur.

  • Sinqapur

Картинки по запросу singapore currency

Sinqapurun Asiyada tamamilə nağdsız rejimə keçilməsi kimi ambisiyası var. Hətta yüzlərlə pərakəndə satıcı “Nağd pula yox” siyasəti həyata keçirir. Ölkə dünyada bitcoin istifadəsinə əsaslanan biznes mühiti ilə tanınır. 2014-cü ildə Sinqapur “Fast” adlı 24/7 fəaliyyət göstərən banklararası fond köçürmələri sisteminə qoşulan ilk ölkələrdən olub.

  • Cənubi Koreya

Картинки по запросу south korea currency

Cənubi Koreyanın Mərkəzi Bankı 2020-ci ilə qədər tamamilə nağdsız rejimə keçməyi və Bitcoin-ə rəqib olacaq rəqəmsal milli valyutanın qəbulunu planlaşdırır. Plan nağdsız rejimə addım-addım keçməyi dəstəkləyir. Alıcılara nağdsız ödənişlər zamanı bəzi güzəştlərin verilməsi buna misal olaraq göstərilə bilər. Cənubi Koreya video oyunlarında nağdsız ödənişləri dəstəkləmək üçün əsasını qoyduğu virtual valyuta ilə bu sistemə ən birinci qoşulan ölkələrdəndir. 2010-cu ilin yanvarında Ali Məhkəmə “oyun pulu”nun nağd pula konvertasiya edilə bilməsilə yönündə mühüm qərar verdi.

  • İsveç

Картинки по запросу sweden currency

Avropada ilk dəfə (1661-ci il) rəsmi banknotlarını dövriyyəyə buraxan İsveç nağdsız əməliyyatlara keçən ilk ölkə də sayıla bilər. Hal-hazırda siz İsveçdə metro və ya avtobus haqqını nağd qaydada ödəyə bilməzsiniz.  İsveçin mərkəzi bankı sayılan Riksbankın məlumatına əsasən, 2015-ci ildə ölkədə mağaza alış-verişlərinin yalnız 20%-i nağd formada edilib. Banka görə bunun 3 əsas səbəbi var:

  1. Sayca az olan əhalinin nağd vəsaitlərdən istifadə etməsi fiziki pulları səmərəsiz və bahalı edir;
  2. Ödəniş sistemlərinin təkmilləşdirilməsində əməkdaşlıq edən bank sayı azdır;
  3. Cəmiyyət texnologiya yönümlüdür;

 

                                                                                                                    Investopedia

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır