BVF-nin proqnozuna əsasən, keçən ilin sonunda 52 trilyon dollar olan qlobal ictimai borc 10,7 trilyon dollar artaraq 2016-cı ilin sonunda 62,7 trilyon dollar olacaq.
Beynəlxalq maliyyə krizindən bu yana dünyanın bir çox ölkələrində mövcud olan iqtisadi artım problemi pul siyasətində ciddi dəyişikliklərin və daxili istehlak və investisiyaları dəstəkləyən reformların meydana gəlməsinə səbəb olub.
BVF-nin verdiyi məlumata əsasən, qlobal borc 2016-ci ilin sonunda 62 trilyon 703,3 milyard dollar, dünya milli gəliri isə 74 trilyon 523 milyard dollar olacaq. Beləliklə, qlobal borc ilin sonunda milli gəlirin 84,1%-i həcmində olacaq.