Amerikan iqtisadi statistika portalı “HowMuch” tərəfindən dünya ölkələrinin xam neft ehtiyatlarının ümumi həcmini özündə əks etdirən hesabat dərc olunub. Hesabatda, ən böyük xam neft rezervinə malik olan ölkə Venesuela göstərilib. Belə ki, ölkənin ümumi xam neft ehtiyyatlarının həcmi 300 milyard bareli ötüb. Hesabata daxil edilən ölkələr arasında ən az xam neft ehtiyatlarına malik ölkə isə Efiopiya olub. Efiopiyanın xam neft ehtiyyatlarının cəmi 428 min bareldir.
Respublikamız isə hesabatda 102 ölkə arasında 20-ci yerə layiq görülüb. Belə ki, Azərbaycanın ümumi xam neft ehtiyatları 7 milyard barelə bərabərdir.
Siyahının ilk onluğu aşağıdakı kimidir:
- Venesuela (300.9 milyard barel)
- Səudiyyə Ərəbistanı (266.5 milyard barel)
- Kanada (169.7 milyard barel)
- İran (158.4 milyard barel)
- İraq (142.5 milyard barel)
- Küveyt (101.5 milyard barel)
- BƏƏ (97.8 milyard barel)
- Rusiya (80 milyard barel)
- Liviya (48.4 milyard barel)
- ABŞ (36.5 milyard barel)