Dünyanın ən dəyərli banklarının sıralaması açıqlanıb

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə dünya banklarının dəyərinə görə sıralamasını əks etdirən “Banking 500” hesabatını dərc edib.

Ötən ildən bu yana, Çin banklarının göstəricilərində kəskin yüksəlmə müşahidə olunub. Belə ki, 28%-lik artımla dünyanın ən bahalı bankları sıralamasında ilk 4-lükdə qərarlaşan Çin banklarının ümumi marka dəyəri 407 milyard dollar olub.

Hesabata istinadən, dünyanın ən bahalı bankı “ICBC” olub. Belə ki, bankın marka dəyəri ötən ilə nisbətən 35% artaraq, 79.8 milyard ABŞ dolları olub.

“China Construction Bank” 23% bahalaşaraq, 69.7 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Agricultural Bank of China” bankının ümumi dəyəri isə 47% artaraq 55 milyard ABŞ dolları olub.

Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, “Bank of China” (51 milyard $) və ABŞ mərkəzli “Wells Fargo” (40 milyard $) banklarına layiq görülüb.

Siyahı ilə buradan tanış ola bilərsiniz: banking_500_2019_locked

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır