İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə qlobal neft qaz hasilatçılarının dəyərinə görə sıralamasını əks etdirən “Oil and Gas 50” hesabatını dərc edib.
Hesabata istinadən, dünyanın ən dəyərli neft və qaz hasilatçısı “Shell” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 7.3% artaraq, 42.3 milyard ABŞ dolları olub.
Çinin “PetroChina” şirkəti 18% bahalaşaraq, 36.8 milyard ABŞ dolları ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan Çin mərkəzli “Sinopec” şirkətinin ümumi dəyəri isə 23.3% artaraq 29.1 milyard ABŞ dolları olub.
Sıralamada dördüncü və beşinci yerlər isə müvafiq olaraq, fransız “Total” (25.1 milyard $) və ingilis “BP” (22.6 milyard $) şirkətlərinə layiq görülüb. İlk onluq isə aşağıdakı kimi tamamlanır:
- Chevron (17.054 milyard $)
- Petronas (13.318 milyard $)
- Exxon Mobil (13.295 milyard $)
- Eni (10.711 milyard $)
- Equinor (9.245 milyard $)