Dünyanın ən yaxşı aviaşirkətləri açıqlanıb

ABŞ-ın səyahət saytı “TripAdvisor” dünyanın ən yaxşı 10 aviaşirkətlərinin adını açıqlayıb.

BBN.az xəbər verir ki, siyahıda I yerdə “Singapore Airlines” qərarlaşıb. “Air New Zealand” aviaşirkəti II, “Emirates” aviaşirkəti isə III yeri tutub.

İlk 10-luq siyahısına daxil olan digər aviaşirkətlər “Japan Airlines” (4-cü), “Eva Air” (5-ci), “Soutwest Airlines” (6-cı), “Jet2.com” (7-ci), “Qatar Airways” (8-ci), “Azul” (9-cu), “Korean Air” (10-cu) olub.

Qeyd edək ki, Reytinq cədvəli hazırlanarkən son 1 ildə təyyarə ilə səyahət edən insanların rəyi öyrənilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır