“Forbes” 2018-ci ilin milyarderlərini açıqlayıb. Belə ki, 2018-ci ildə ümumilikdə 195 nəfər “milyarderlər klubu”-na qoşulub. Yeni milyarderlərin böyük əksəriyyəti isə çinlilərdir.
Ümumilikdə, 33 ölkədən olan 195 milyarderin 53-ü Çinin payına düşür. İkinci yerdə 39 milyarderlə ABŞ qərarlaşıb. Braziliyada isə 2018-ci ildə 18 milyarder qeydə alınıb.
13.5 milyard dollarlıq sərvətə malik çinli biznesmen Colin Huang sözügedən milyarderlər arasında ən varlı, kosmetika brendinə malik televiziya ulduzu amerikan Kylie Jenner isə ən gənc milyarder seçilib.
2018-ci ilin milyarderlərinin 56-sı yaxınlarından qalan miras nəticəsində milyarderə çevrilsə də, qalan 71%-lik qismi öz sərvətlərini özləri qazanıblar