Dünyanın ən nəhəng bankları hansılardır? – TOP 10

London S&P Qlobal Kəşfiyyat təşkilatı aktivlər üzrə dünyanın ən iri banklarının illik reytinq cədvəlini açıqlayıb. Cədvəl üzrə üstünlüyü Çin bankları, İngiltərə kreditorları və daha sonra Avropa bankları əldə ediblər:

10. “Wells Fargo”- ABŞ. Aktivləri 1,93 trilyon dollardır. Bankın əsası 165 il əvvəl, 1852-ci ildə qoyulub. Təsisçilər Henry Wells və William Fargo-dur.

 

9.”Bank of America”-ABŞ. Aktivləri 2,19 trilyon dollardır. Bank öz fəaliyyətinə 1904-cü ildə  “Bank of İtaly” kimi başlayıb. 1930-cu ildən isə “Bank of America” kimi fəaliyyətini davam etdirib.

 

8. “BNP Paribas”-Fransa. Aktivləri 2,19 trilyon dollardır. 169 il əvvəl, yəni 1848-ci ildə bank “BNP” adı ilə öz fəaliyyətinə başlayıb.

7. “HSBC”-Birləşmiş Krallıq. Aktivləri 2,37 trilyon dollardır. Bank öz fəaliyyətinə 1865-ci ildə başlayıb.

 

6.”JPMorgan Chase”-ABŞ. Aktivləri 2,49 trilyon dollardır. 2000-ci ildə bank öz fəaliyyətinə başlayıb.

5. “Mitsubishi UFJ Financial”-Yaponiya. Aktivləri 2,59 trilyon dollardır. Bankın əsası 2005-ci ildə qoyulub.

4. “Bank of China”-Çin. Aktivləri 2,60 trilyon dollardır. Əsası 105 il əvvəl, 1912-ci ildə qoyulub.

3. “Agricultural Bank of China”-Çin. Aktivləri 2,82 trilyon dollardır.Bankın fəaliyyətə 1951-ci ildə başlayıb.

2.”China Construction Bank”-Çin. Aktivləri 3,02 trilyon dollardır. Əsası 63 il əvvəl, yəni 1954-cü ildə qoyulub.

1. İndustrial and Commercial Bank of China-Çin. Aktivləri 3,47 trilyon dollardır.

Əsası 1984-cü ildə qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır