İtaliyanın Maliyyə Nazirliyi bütün maraqlı tərəflərə müraciət edərək elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlı Avropa İttifaqının vergi planını dəstəkləyib-dəstəkləməmək barədə öz münasibətlərini bildirməyi xahiş edib. Müraciciətin əsas səbəbəi bir sıra oxşar şirkətlərin dövriyyəsindən ödəniməmiş vergilərlə əlaqədar “aralıq müddəti üçün müvəqqəti vergi tutulması” barədə təklif idi.
2018-ci il martın 21-də Avropa Komissiyası tərəfindən vergi qanunlarının rəqəmsal şirkətlər üçün “daha ədalətli olmasına” yönəldilmiş iki təklif irəli sürülüb. Nəzərdə tutulan uzunmüddətli qərarın korporativ vergi qaydalarında aparılacaq islahat olacağı gözlənilir, şirkətlər istifadəçilərlə onlayn platforma vasitəsilə əhəmiyyətli dərəcədə əməkdaşlıq etdikdə əldə edilən gəlir qeydiyyata alınacaq və vergiyə cəlb ediləcək. Bununla belə, Avropa ittifaqına üzv ölkələrə hazırkı vaxt kəsiyində şirkət həmin ölkənin ərazisində fiziki şəkildə mövcud olmasa belə, orada yaranmış dövriyyədən vergi yığılmağa icazə verilməi barədə qərar çıxarılmışdı.
Dövriyyənin 3 %-i əmsalı ilə təklif edilmiş aralıq müddət üçün müvəqqəti vetgi internet reklamlarının satışından, vasitəçilik fəaliyyətindən əldə edilmiş gəlirlərdən, eləcə də informasiya istifadəçilərinə təqdim edilmiş məlumatların satışından əldə edilmiş gəlirlərdən tutulacaq.