“Universitas International” İctimaiyyətlə əlaqələr və İctimai kommunikasiya mütəxəssisləri üçün “Effektiv press-relizlərin yazılması” üzrə seminar keçirəcək.
“Press- reliz” biznesinizin hədəf auditoriyasının mövqeyini formalaşdırmaq və strateji məqsədlərinizin inkişafı üçün güclü vasitədir.
Bu seminar Sizə, benefisiarlarınızın diqqətinin cəlb olunması, onalara zəruri məlumatların ötürülməsi üslublarını və əks-əlaqə əldə olunması üzrə nəzəri və praktiki biliklərə yiyələnməyə kömək edəcək və strategiyanızın ictimai ifadəsinə yönəlmiş səriştələrinizi inkişaf etdirəcək.
Bu seminarda Siz , press-reliz strukturunun tərtibi,tərkib amillərinin təhlili, bölmələri, yayım vasitələri və praktiki çalışmaları barədə ətraflı məlumat alacaqsınız.
Seminar 2 Noyabr, saat 14:00-dan 18:00 -dək keçiriləcək. Ünvan İstiqlaliyyət 31 C.
Qeyd etmək istərdik ki, seminar ödənişsizdir və İngilis dilində tədris ediləcək
Qeydiyyat müraciətinizi office@universitasinternational.com ünvanına göndərməyinizi xahiş edirik.