Milli valyutanın ucuzlaşması Azərbaycanla yanaşı bir çox qonşu dövlətlərdə də davam edir. Bunların sırasında Türkiyənin də adını çəkmək mümkündür. Son dövrdə türk lirəsi dollar qarşısında olan məzənnəsi 3.8 TRY/USD səviyyəsinin də üstünə çıxıb. Nəticədə 2015-ci ildən bəri bazara 13 milyard dollar çıxaran Türkiyə Mərkəzi Bankı (TMB) bu prosesi dayandırmaq üçün alternativ yollardan istifadə etməyə başlayıb.
Valyuta ehtiyatlarını daha da azaltmaq istəməyən TMB valyuta svapı həyata keçirib. Svap əməliyyatı zamanı Mərkəzi Bank bazara geri almaq şərti ilə dollar buraxır. Bu zaman geri alacağı vaxt və məzənnə əvvəlcədən müəyyən edilir. Nəticə etibarı ilə bazarda qısamüddətli xarici valyutaya olan tələb ödənir.
Ekspertlərin fikrincə, türk lirəsinin 3.81 səviyyəsindən 3.76-ya qədər enməsinin səbəbi məhz bu addımdır.