Palata ilə ABA-nın Ekspert Qrupu arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və Qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri arasında görüş keçirilib.

BBN.az xəbər verir ki, görüş çərçivəsində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9”-a (İFRS 9) dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır