Ekspertlərin fikrincə neftin bir barelinin qiyməti 50 dollar olacaq

Rusiyanın “Summa” şirkətlər qrupunun icraçı direktoru Leyla Məmmədzadə bildirib ki, yaxın bir neçə il ərzində neftin 1 barrelinin qiyməti 50 dollar olacaq və qlobal iqtisadiyyatın reallığı buna əsaslanıb.

L. Məmmədzadə düşünür ki, neftin qiymətində ciddi volatillik gözlənilmir. “Buna baxmayaraq, proqnozlaşdıra bilərik ki, yaxın perspektivdə qiymət enəcək”, – deyə icraçı direktor qeyd edib. O əlavə edib ki, “qara qızıl”ın ucuzlaşması Rusiyada neft layihələrinə yatırılan investisiyaların həcminin azalmasına səbəb olub: “İnvestorlar neft kotirovkalarının gələcəyindən əmin deyillər. Bununla yanaşı, neftin təkrar emalına yatırımlar artır. Amma investisiyaların həcmi qənaətbəxş deyil”. L. Məmmədzadə əlavə edib ki, neftin qiyməti 50 dolları ötən kimi, ABŞ-da şist neft istehsalçıları fəaliyyətini aktivləşdirir.

Xatırladaq ki, “Summa” diversifikasiya olunmuş holdinqdir. Holdinqin strukturuna daxil olan şirkətlər logistika, kən təsərrüfatı, mühəndislik, tikinti, İKT və neft-qaz sektorlarında fəaliyyət göstərirlər.

Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır