El-Erian: Martda faiz artımı ehtimalı 50-60%-dir

“Allianz SE”nin iqtisadiyyat üzrə baş müşaviri və “Bloomberg View” yazıçısı Mohammed  El-Erian sosial şəbəkələrin birində paylaşdığı yazıda növbəti ayda  faiz  artımı ehtimalını qiymətləndirib.

Onun sözlərinə görə, Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini dəyişməklə bağlı qərar qəbul edən komitəsinin son iclasında səsləndirilən fikirləri nəzərə alındıqda mart ayında faiz artımının baş verməsi ehtimalı aşağıdır və 50-60%-lik bir ehtimal mövcuddur.

Həmçinin El-Erian fevral ayındakı işsizlik göstəricisinin növbəti aydakı faiz qərarının qəbulunda əsas rol oynayacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır