Ötən ay istehsal edilən elektrik enerjisinin həcmi nə qədər olub?

Cari ilin fevral ayında “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Bununla, “Azərenerji” ASC tərəfindən 2018-ci ilin fevral ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,921 milyard kilovat-saat olub.

Qeyd edək ki, bu rəqəm 2017-cı ilin fevral ayında isə 1,908 milyard kilovat-saat təşkil edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.

O cümlədən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır