2018-ci ilin aprel ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,662 milyard kilovat-saat olub.
BBN.az xəbər verir ki, bu rəqəm 2017-cı ilin aprel ayında isə 1,738 milyard kilovat-saat təşkil edib.
Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
O cümlədən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.