Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru və Samirə Musayeva vergi ödəyicilərinin suallarına cavab verib.
–ƏDV qeydiyyatlı müəssisə tərəfindən ay ərzində elektrik enerjisinə görə borcun hansı hissəsi nağd qaydada ödənilə bilər?
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3 –cü maddəsinə əsasən bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Müəssisə tərəfindən elektrik enerjisinə görə dövlət mülkiyyətində olan hüquqi şəxsə aparılan ödəniş, qanunun 3.3 maddəsindən asılı olmayaraq yalnız nağdsız qaydada aparılır.Müəssisə tərəfindən elektrik enerjisinə görə dövlət mülkiyyətində olan hüquqi şəxsə aparılan ödəniş yalnız nağdsız qaydada həyata keçirilməlidir.