Elektron bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18.7 dəfə artaraq 36.4 mlrd manat, əməliyyatların sayı isə 7 dəfə artaraq 10.4 mln ədəd təşkil edib.
Bunu Mərkəzi Bankda keçirilmiş tədbirdə çıxış edən Mərkəzi Bankın sədr müavini Alim Quliyev vurğulayıb. O çıxışında bildirib ki, qeyd olunan bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə nağdsız ödənişlərin inkişafı, əhalinin maliyyə savadlılığının artırılması, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verir.
O, həmçinin rəqəmsal iqtisadiyyat quruculuğuna mühüm siyasi dəstək verən ölkə başçısı Prezident İlham Əliyevin 2018-ci ilin senytabr ayında imzaladığı “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı diqqətə çatdıraraq qarşıya qoyulmuş yeni hədəflər və Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.