“Elektron hərrac” layihəsinin ictimai təqdimatı keçiriləcək

11 may tarixində saat 10:30-da hərracların keçirilməsində növbəti innovativ addım olan “Elektron hərrac” layihəsinin ictimai təqdimatı keçiriləcək. Tədbirdə “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” layihəsinin məqsədi və elektron hərracda iştirak etmək qaydalarına dair  təqdimat olacaq.

Qeyd edək ki, tədbir Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır