Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən biri məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirməkdir.
Sözügedən xidmət hazırda Bakı şəhəri Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, həmçinin, istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.
Qeyd edək ki, indiyədək “Elektron hökumət” portalı üzərindən “Yeni telefon çəkilişi” xidmətinə 13.637 dəfə müraciət olunub.