“Elektron hökumət” portalı müraciət edənlərin sayı 40 milyonu keçib

2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 40 milyonu keçib.

BBN.az xəbər verir ki, 2017-ci ildə portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 40 milyon 625 min 499 təşkil edib. Həmçinin, ötən il portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub, ümumilikdə isə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 700 minə yaxındır.

Bu müddət ərzində “Elektron hökumət” portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:

  • – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9.341.135
  • – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8.327.251
  • – Dövlət İmtahan Mərkəzi 3.173.948
  • – Dövlət Gömrük Komitəsi 961.392
  • – “Azərsu” ASC 347.243
  • – Əmlak Məsələləri Dövlət Komitəsi 103.965
  • – Daxili İşlər Nazirliyi 96.568
  • – Ədliyyə Nazirliyi 58.253
  • – Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi 54.417
  • – Dövlət Miqrasiya Xidməti 52.053

2017-ci il ərzində “Elektron hökumət” portalına 41 yeni elektron xidmət inteqrasiya edilib. Bununla da hazırda portalda olan e-xidmətlərin sayı ümumilikdə 442-ə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır