“Elektron hökumət” portalına daha bir xidmət inteqrasiya edilib.
Artıq “Elektron hökumət” portalının istifadəçiləri “Azərsu” ASC-nin “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” haqqında arayış adlı elektron xidmətindən yararlana bilər.
Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalından “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərin siyahısından və ya elektron arayışlar bölməsindən “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” xidmətini seçmək lazımdır.
Qeyd edək ki, bununla da “Azərsu” ASC-nin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb. Hazırda portal üzərindən ümumilikdə 18 elektron arayış təqdim olunur.