“Elektron hökumət” portalına yeni xidmət inteqrasiya edilib

“Elektron hökumət” portalına “AzərSu” ASC-dən yeni xidmət inteqrasiya edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub.

Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilər.

Qeyd edək ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlərinin sayı 10-a çatdırılıb.

Xidmətdən istifadə qaydası keçiddə yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır