Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirib.
Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza ilə mümkündür.
Belə ki, güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə Elektron İmzanı “ASAN xidmət” mərkəzlərində “MİDA” MMC-nin “Güzəştli mənzil” xidməti pəncərələrindən də sifariş edərək almaq imkanı yaradılıb. Bu xidmət vətəndaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzi ilə birgə təqdim edilir.
Qeyd edək ki, “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetinə daxil olmaq və mənzil seçmək üçün tələb olunan Elektron İmza 03.08.2017-ci il tarixindən etibarən Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.