Elektron imza nə deməkdir?
BBN.az xəbər verir ki, bu suala Vergilər Nazirliyinin rəsmi saytında cavab verilib.
Belə ki, elektron imza digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdır. Vergilər Nazirliyinin Asan Sertifikat Xidmət Mərləzləri tərəfindən verilən Asan İmza isə sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini təmin edən gücləndirilmiş elektron imzanın bir növüdür.
ASXM-lər tərəfindən Asan İmza sertifikatlarının verilməsi hər hansı dövlət rüsumu olmadan pulsuz həyata keçirilir. Lakin müvafiq mobil operatorlardan Asan İmza sim kartlarının əldə edilməsi üçün müəyyən xidmət haqqları nəzərdə tutulub. Bu barədə müvafiq mobil operatorlardan məlumat əldə etməyiniz məqsədəuyğundur.
Gücləndirilmiş elektron imzanın vacibliyi ilə bağlı isə bildiririk ki, 2018-ci ilin yanvar ayının 1-dən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə fakturanın təqdim edilməsi üçün gückəndirilmiş elektron imzanın (o cümlədən Asan İmzanın) olması zəruridir.
Qeyd edək ki, Ətraflı məlumat üçün Vergi Məcəlləsinin 71-1-ci maddəsi, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 9 mart 2004-cü il tarixli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na baxa bilərsiniz.