Bu gündən etibarən “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs “Elektron hökumət” portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər.
İpoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə (Elektron imza və ASAN imza) mümkün olacaq.
“Elektron hökumət” portalında “Elektron ipoteka” sisteminin istifadəyə verilməsi əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi ilə yanaşı, məlumatların real vaxt rejimində emalını, məlumatların düzgünlüyü və təhlükəsizliyini təmin edir.
Daha əvvəl ipoteka krediti almış vətəndaşlar öz elektron kabinetlərini sadələşdirilmiş istifadəçi adı/şifr ilə də izləyə biləcək. Xidmətdən istifadə üçün “Elektron hökumət” portalında “İpoteka krediti üçün müraciət” adlı keçid təqdim olunub.
Qeyd edək ki, “Elektron ipoteka” sistemindən istifadə qaydası keçiddə yerləşdirilib.