Hindistan online ödənişlərdə endirim edən ilk ölkə olub.
Hindistan rəqəmsaldan puldan istifadəni subvensiyalaşdıran ilk ölkə olub. Valyuta çatışmazlığı səbəbindən atılan bu addım nağd pula olan bağlılığı azaltmaq məqsədi güdür. Bu tədbirlərə sığorta müqavilələri, dəmiryolu biletləri, magistral yollar üçün online ödənişlərə endirimlərin tətbiq olunması və s. aiddir. Bloombergin məlumatına əsasən, 2000 rupi və ya 2,96 dollardan aşağı online ödənişlərin xidmət haqqından azad olması, yanacaq doldurma məntəqələrində 0,75%-lik güzəştlərin tətbiqi də bu addımlara daxildir.
Prime Venture Partners’ın rəhbəri Swamy bu məsələ ilə bağlı verdiyi açıqlamada: “Hindistan nağd pulu kraliça, rəqəmsal pulu isə kral elan etdi”-deyə vurğulayıb.