Elektron ticarət icazələri “Bir Pəncərə” prinsipi ilə veriləcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla, onun ixrac imkanlarını genişləndirmək və rəqabət qabiliyyətini daha da artırmaq, mövcud elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq, regional əhəmiyyətli rəqəmsal ticarət qovşağı kimi Azərbaycan Respublikasının aparıcı mövqeyini daha da gücləndirmək məqsədilə müvafiq Fərman imzalayıb.

Fərman sahibkarlar üçün elektron ticarətin daha da asan və əlverişli olması üçün bir sıra mühüm addımların atılmasını nəzərdə tutur.

Fərmana əsasən Azərbaycan sahibkarlarının xarici biznes tərəfdaşları imzalanan sənədlərin, müqavilələrin elektron tərtibinə və imzalanmasına, eləcə də real vaxt rejimində elektron xidmətlərin keçirilməsinə imkan verən “Azərbaycan Rəqamsal Ticarət Qovşağı” bölməsinin artıq özünü doğrultmuş www.azexport.az internet portalında yaradılmasını nəzərdə tutur.

Bununla Azərbaycan Respublikasında istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçıların ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan bütün növ icazələrin elektron formada “Bir Pəncərə” prinsipi ilə əldə olunmasına platforma yarıdılır.

Fərmanla ölkə sahibkarlarının ticarət əməliyyatlarının elektron üsulla aparılması üçün müxtəlif ölkələrlə elektron imzaların qarşılıqlı tanınması istiqamətində addımların atılmasını, o cümlədən ölkəmizin bu istiqamətdə dünya miqyasında qəbul olunmuş innovativ nəhsullarından olan “ASAN imza”-nın təşviqinin aparılmasını nəzərdə tutur.

Fərmandan irəli gələn vəzifələrin həyata keçirlməsi üçün müxtəlif bazarların araşdırılır, potensial ixrac partnyorların sahə üzrə qanunvericilikləri təhlil olunur və sahibkarlara əməli dəstəyin və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində işlər aparılır.

Fərman xarici ticarətdə iştirak edən dövlət orqanları üzərinə konkret vəzifələr qoyur və sahibkarlığın inkişafı sahəsində şəffaflığın və hesabatlılığın artırılmasına yönəlmiş mühüm addım kimi səciyələndirilir.

“ASAN imza”nın təşviqi və elektron imzaların tanınması da, o cümlədən ümumilikdə yaradılan platformalar ölkəyə xarici investisiyalarının axınına da müsbət təsir edəcək.

Bu istiqamətdə aparılan işlər zərurət yarandıqda qanunvericiliyin təkmilləşdirilməsini də nəzərdə tutur.

Beləliklə, Azərbaycanda istehsal olunan mal və xidmətlərin dünya bazarlarına çıxması üçün, bu proseslərin və prosedurların daha da asanlaşması və şəffaf həyata keçirlməsi,ölkəyə investisiya axınının artırılması üçün növbəti təkan verildi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır