Bu haqda vergilər naziri Fazil Məmmədov son müsahibəsində bildirib.
“Daha bir mühüm məsələ rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb olunmasının işlək mexanizminin müəyyən edilməsidir. Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən, elektron ticarət qaydasında qeyrirezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq ediləcək. Bir daha qeyd etmək istərdim ki, burada söhbət qeyrirezidentlərdən, internet üzərindən xaricdən alınmış mallardan deyil, iş və xidmətlərdən gedir. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərini eyniləşdirmək və uçot sistemi qurmaqdır”- deyə nazir vurğulayıb.