Elmi kadrların hazırlanması prioritet məsələdir

Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də ölkənin elmi-texniki potensialın inkişafı, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılmasından ibarətdir.

Azərbaycanda elmi kadrların hazırlanması ilə 2102 nəfər elmi rəhbər məşğul olur ki, onların da 59-u Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  84-ü müxbir üzvü, 1528-i professor, 273-ü isə dosentdir.

Cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 110 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 53,1 %-i qadın olmaqla 2723 nəfər təhsil alıb. Təhsil alanların 80%-i fəlsəfə, 20%-i isə elmlər doktoru proqramları üzrə təhsil alıblar.

2015-ci illə müqayisədə 2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 17% azalaraq 543 nəfər, elmlər doktoru proqramı üzrə isə 9,7 % artaraq 79 nəfər təşkil edib. Fəlsəfə doktoru proqramı üzrə qəbul olanların sayı da 24,7 % azalaraq 420 nəfər, elmlər doktoru proqramı üzrə qəbul olanların sayı isə 7,4 % artaraq 101 nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır